BTC kəməri ilə nəql edilən neftin həcmi 6 %-dən çox artıb

Energetika
  • 14 avqust, 2023
  • 12:18
BTC kəməri ilə nəql edilən neftin həcmi 6 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 23 milyon 076,5 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 10,2 % çoxdur.

Nəqletmənin 76,3 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-iyul aylarında bu kəmər vasitəsilə 17 milyon 615 min ton neft ötürülüb. Bu, 2022-ci ilin 7 ayı ilə müqayisədə 6,4 % çoxdur.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5 %-ini və ya 14 milyon 706,3 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 %-ini və ya 2 milyon 908,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

"BTC Ko."nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), "EksonMobil" (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti