BTC ilə tranzit neftinin nəqli 36% artıb

BTC ilə tranzit neftinin nəqli 36% artıb Azərbaycanın magistral neft kəmərləri ilə 42,7 mln. ton neft nəql olunub
Energetika
17 Yanvar , 2018 17:34
BTC ilə tranzit neftinin nəqli 36% artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanın magistral neft kəmərləri ilə 42,727 mln. ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 79%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Ötən il magistral neft kəmərləri ilə nəqletmənin həcmi 2016-cı ildən 3% azdır.

Hesabat ili ərzində bu kəmər vasitəsilə 33,755 mln. ton neft ötürülüb ki, bu da əvvəlki ildən 0.52% azdır. Keçən il BTC kəməri ilə 6 432,4 min ton tranzit nefti də nəql edilib və bu, 2016-cı ildən 36% çoxdur.

Son xəbərlər

Orphus sistemi