BTC ilə nəql edilən Türkmənistan neftinin həcmi 71 % artıb

Energetika
  • 22 avqust, 2022
  • 09:27
BTC ilə nəql edilən Türkmənistan neftinin həcmi 71 % artıb

Bu ilin mart ayından başlayaraq iyun ayının sonuna qədər Azərbaycan terminallarına sonradan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsi üçün 1,1 milyon ton Türkmənistan nefti göndərilib.

Bu barədə “Report” “Argus” nəşrinin aylıq hesabatına istinadə məlumat verir.

Məlumata görə, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 70,8 % çoxdur.

Ümumilikdə isə bu ilin I yarısında Türkmənistan 1,37 milyon neft neft nəql edib ki, bu da bir il öncəki dövrlə müqayisədə 22,6 % azdır.

Türkmənistan neftinin BTC ilə nəqlinin həcminin artmasına səbəb bu növ neftin Mahaçqala üzərindən ötürülməsinin dayandırılması olub.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti