Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 31 018,6 min ton həcmində neft ötürülüb.
“Report”un
Magistral neft kəmərləri ilə nəqletmənin 81,6%-i BTC kəməri ilə həyata keçirilib.
Bu ilin 11 ayında BTC ilə nəqlin həcmi ötən ilin müvafiq dövründən 0,51% çox, magistral neft kəmərləri ilə nəqletmənin həcmi isə 2,85% az olub.
Dövr ərzində BTC kəməri ilə 5 986,7 min ton tranzit nefti də nəql edilib. Bu isə ötən ilin müvafiq dövründən 1,86% artıqdır.
Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.