Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
“Report” xəbər verir ki, bunu hərracların nəticələri göstərir.
Belə ki, Bakı vaxtı ilə saat 05:48-ə olan duruma görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 3,24% artaraq bir barel üçün 34,12 ABŞ dollarına çatıb.
WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə 4,1% artaraq bir barelə görə 27,15 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün aprelin 6-da keçirilməsi nəzərdə tutulurdu. Daha sonra görüşün aprelin 9-da keçiriləcəyi bəyan edildi. Lakin, görüşə ABŞ və Kanada dəvət edilməyib.
Bundan başqa, ABŞ prezidenti Donald Tramp lazım olacağı təqdirdə neft hasilatının azaldılması ilə bağlı qərar verəcəyini istisna etməyib.