Aprelin 9-da OPEC+in videokonfrans formatında keçirilməsi nəzərdə tutulan görüşünə ABŞ və Kanada dəvət edilməyib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Belə ki, görüşə birliyə daxil olmayan 7 ölkə dəvət alıb. Bunlar - Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tobaqodur.
Videokonfrans zamanı ölkələr neft hasilatını gündə 10 milyon barel azaldılmasını müzakirə edəcək. 10 aprel tarixində isə G20 ölkələrinin energetika nazirləri səviyyəsində görüşü gözlənilir.
Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün aprelin 6-da keçirilməsi nəzərdə tutulurdu. Daha sonra görüşün aprelin 9-da keçiriləcəyi bəyan edildi.