Yuxarı

"Brent" nefti cüzi ucuzlaşıb

​ABŞ neftinin qiyməti sabit qalıb

Bakı. 27 noyabr. REPORT.AZ/ ABŞ-da 26 noyabr Şükranlıq günü (Thanksgiving day) münasibəti ilə birjalar bağlı olub və bu səbəbdən dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti (43,04 dollar/barel) dəyişməyib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,71 dollar və ya 1,54% ucuzlaşaraq 45,46 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi