“Brent” markalı neftin qiyməti 70 dollardan aşağı düşüb

“Brent” markalı neftin qiyməti 70 dollardan aşağı düşüb Londonun ICE birjasında “Brent” markalı neftin oktyabr füçerslərinin qiyməti 0,6% ucuzlaşaraq, 69,97 ABŞ dolları səviyyəsinə düşüb.
Energetika
5 Avqust , 2021 12:34
“Brent” markalı neftin qiyməti 70 dollardan aşağı düşüb

Londonun ICE birjasında “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,6% ucuzlaşaraq, 69,97 ABŞ dolları səviyyəsinə düşüb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, sonuncu dəfə “Brent” markalı neftin qiyməti cari ilin iyulun 21-də 70 ABŞ dollarından aşağı olmuşdu.

Bakı vaxtı ilə saat 10:50-yə olan məlumata görə “Brent” nefti ucuzlaşmaqda davam edərək 69,9 ABŞ dolları səviyyəsinə düşüb, bu isə əvvəlki sessiyanın bağlanış səviyyəsindən 0,68% aşağıdır.

Son xəbərlər

Orphus sistemi