“Brent” markalı neftin bir barelinin qiyməti 85 dollardan aşağı düşüb

“Brent” markalı neftin bir barelinin qiyməti 85 dollardan aşağı düşüb Mümkün resessiya və tələb perspektivləri ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin bir barelinin qiyməti yanvarın 14-dən sonra ilk dəfə olaraq 85 dollardan aşağı düşüb.
Energetika
26 Sentyabr , 2022 09:47
“Brent” markalı neftin bir barelinin qiyməti 85 dollardan aşağı düşüb

Mümkün resessiya və tələb perspektivləri ilə bağlı narahatlıqlar fonunda “Brent” markalı neftin bir barelinin qiyməti yanvarın 14-dən sonra ilk dəfə olaraq 85 dollardan aşağı düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,53 % ucuzlaşaraq 1 bareli 84,58 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,48 % aşağı düşərək 1 bareli 78,36 ABŞ dolları təşkil edib.

Mümkün resessiya ilə bağlı narahatlıqlar ötən həftə bir sıra böyük mərkəzi bankların yüksək inflyasiya fonunda faiz dərəcələrini artırmağa davam etməsindən sonra güclənib. Eyni zamanda, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) də uçot dərəcəsini artırıb. Ekspertlər tənzimləyicinin noyabrda uçot dərəcəsini yenidən artıracağını güman edirlər.

Son xəbərlər

Orphus sistemi