"Brent" markalı neft cüzi bahalaşıb

"Brent" markalı neft cüzi bahalaşıb WTI markalı neftin qiyməti isə düşüb
Energetika
16 İyun , 2015 08:25
Brent markalı neft cüzi bahalaşıb

Bakı. 16 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,44 dollar və ya 0,73% ucuzlaşaraq 59,52 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,13% yaxud 0,08 dollar irəliləyərək 63,95 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi