​BP-nin mənfəəti azalıb

​BP-nin mənfəəti azalıb BP şirkəti bu il kəşfiyyat xərclərini azaltmağı düşünür
Energetika
3 Fevral , 2015 13:15
​BP-nin mənfəəti azalıb

Bakı. 3 fevral. REPORT.AZ/ BP-nin 2014-cü ilin IV rübündə mənfəəti 2,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,43% azdır. "Report" xəbər verir ki, bu barədə qurumun 2014-cü ilin yekunları ilə əlaqədar bu gün yaydığı press-relizdə qeyd edilib.

Hesabata görə, BP-nin 2013-cü ildəki ümumi mənfəəti 13,4 mlrd. dollar olduğu halda, ötən il bu rəqəm 9,7% yaxud 1,3 mlrd. dollar azalaraq 12,1 mlrd. dollar olub.

Ötən il ərzində BP 3,6 mlrd. dollar civarında vergi ödəyib və yalnız IV rübdə 969 mln. dollar məbləğində maliyyə itkisi ilə üzləşib.

İcraçı direktor Bob Dadlinin (Bob Dudley) sözlərinə görə, onların qarşısında duran əsas vəzifə neftin qiymətinin ucuzlaşması prosesinin BP-yə təsirini sıfıra salmaqdan ibarətdir.

Dünyanın neft nəhəngi həm də səhmlərlə bağlı yeni şərtləri açıqlayıb. B.Dadli hər səhmə görə rüblük 10 sent məbləğində divident veriləcəyini elan edib.

Qeyd edək ki, 2015-ci ildə BP kəşfiyyat xərclərini 20 mlrd. dollara qədər azaltmağı düşünür.

Xatırladaq ki, 2014-cü ildə bu tipli xərclər 24-25 mlrd. dollar planlaşdırılsa da, faktiki olaraq 22,9 mlrd. dollar təşkil edib.

İngilis versiyası BP profits declines

Son xəbərlər

Orphus sistemi