​BP-nin mənfəəti 45% azalıb

​BP-nin mənfəəti 45% azalıb BP şirkətinin mənfəəti 720 mln. dollar təşkil edib
Energetika
26 İyul , 2016 14:06
​BP-nin mənfəəti 45% azalıb

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin II rübündə BP şirkətinin mənfəəti 720 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 45% azdır. "Report" xəbər verir ki, bu barədə şirkətin ilin I yarısı ilə bağlı hesabatında qeyd olunub.

Bu ilin I rübündə şirkətin mənfəəti 532 mln. dollar, 2015-ci ilin ikinci rübündə isə 1,3 mlrd. dollar olub.

İlin I yarısında əsaslı xərclər 7,9 mlrd. dollar təşkil edib. Bu il ərzində əsaslı xərclərin toplam 17 mlrd. dollardan az olacağı gözlənilir.

Bu ilin II rübünün sonuna şirkətin borcu 30,9 mlrd. dollar təşkil edib.

İngilis versiyası BP revenue declines by 45%

Son xəbərlər

Orphus sistemi