BP: Gürcüstanda nəzarət-ölçü stansiyası Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olan ilk obyektdir

BP: Gürcüstanda nəzarət-ölçü stansiyası Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olan ilk obyektdir Bakı. 16 fevral. REPORT.AZ/ 2017-ci il ərzində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə, bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.
Energetika
16 Fevral , 2018 13:14
BP: Gürcüstanda nəzarət-ölçü stansiyası Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olan ilk obyektdir

Bakı. 16 fevral. REPORT.AZ/ 2017-ci il ərzində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Ümumilikdə, bu işlərin ilk qaz üçün nəzərdə tutulmuş həcminin 99%-i artıq tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda və Gürcüstanda əsas kəmər xəttinin inşası işləri tamamlanıb. Azərbaycan hissəsində hazırda diqqət birləşdirmə və hidro-sınaqlar kimi yekunlaşdırma işlərinə yönəlib.

“Gürcüstanda Türkiyə ilə sərhəddə yerləşən nəzarət-ölçü stansiyasına (81-ci sahə), kəmərin Gürcüstan hissəsinə və 1-ci kompressor stansiyasına təhlükəsiz şəkildə karbohidrogen daxil edilib. Nəzarət-ölçü stansiyası hazırda tam istismar vəziyyətindədir və Cənub Qaz Dəhlizi üzrə “istismara hazır” olduğu elan edilən ilk obyektdir. İndi diqqət 1-ci kompressor stansiyasının istismara verilməsinə hazırlıq məqsədilə işə salınma işlərini təhlükəsiz şəkildə başa çatdırmağa və 2-ci kompressor stansiyasının tikintisini və istismar sınaqlarını tamamlamağa yönəlib”, - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi