BP bu il “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır

BP bu il “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır BP şirkəti cari ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır.
Energetika
24 Yanvar , 2025 13:34
BP bu il “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır

BP şirkəti cari ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağının işlənməsi layihəsinə daxil olmağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"2024-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ilə “Qarabağ” yatağı üzrə Anlaşma Memorandumu imzaladıq. Hazırda memorandum çərçivəsində bu yatağın işlənməsi üzrə mövcud sazişə BP-nin daxil olması şərtləri ilə bağlı danışıqlar və müzakirələr aparılır", - B.Aslanbəyli qeyd edib.

O əlavə edib ki, hər iki tərəf danışıqlar prosesinin tez bir zamanda başa çatmasında maraqlıdır.

B.Aslanbəyli BP-nin “Qarabağ” layihəsinə qoşulması prosesinin bu il baş tutacağına ümid edib-etmədiyi barədə “Report”un sualını cavablandırarkən, qeyd edib ki: "Şəxsən mən ümid edirəm".

Xatırladaq ki, 2024-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsinə dair Anlaşma Memorandumu imzalanıb.

Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən ADUA sahəsidir.

SOCAR və "Equinor" 31 may 2018-ci il tarixində Bakıda Əşrəfi - Dan Ulduzu - Aypara perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi üzrə Hasilatın Pay Bölgüsü (PSA) tipli müqavilə və "Qarabağ" yatağının işlənməsi üzrə Risk Xidməti Müqaviləsi imzalayıblar. Layihənin həyata keçirilməsi üçün SOCAR və “Equinor” paritet əsaslarla əməliyyat şirkəti yaradıblar. Lakin “Equinor” 2023-cü ilin dekabrında bu layihələrdəki 50 %-lik payını SOCAR-a satıb. Sövdələşmə 2024-cü il aprelin 24-də bağlanıb.

Son xəbərlər

Orphus sistemi