“BP-Azerbaijan”: İtkin düşən şəxslə bağlı cavab tədbirləri davam edir

“BP-Azerbaijan”: İtkin düşən şəxslə bağlı cavab tədbirləri davam edir Şirkət dövlət qurumları ilə sıx işlədiyini bildirir
Energetika
10 Noyabr , 2016 14:46
“BP-Azerbaijan”: İtkin düşən şəxslə bağlı cavab tədbirləri davam edir

Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 8-də səhər saatlarında itkin düşən “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının işçisinin axtarışı istiqamətində cavab tədbirləri davam edir.

Bu barədə “Report”a “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

“Biz hökumət qurumları, müvafiq hüquq-mühafizə orqanları və itmiş şəxsin işçisi olduğu qazma podratçısı şirkəti ilə sıx işləməkdə davam edirik”, - deyə, T.Bayatlı əlavə edib.

Son xəbərlər

Orphus sistemi