BP AÇG-də yeni qiymətləndirmə quyusunun qazılmasını yekunlaşdırmaq üzrədir

BP AÇG-də yeni qiymətləndirmə quyusunun qazılmasını yekunlaşdırmaq üzrədir BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda dərin qaz (deep-gas) laylarının məhsuldarlığını müəyyənləşdirmək üçün qiymətləndirmə quyusunun qazılmasını, demək olar ki, yekunlaşdırıb.
Energetika
31 May , 2023 12:28
BP AÇG-də yeni qiymətləndirmə quyusunun qazılmasını yekunlaşdırmaq üzrədir

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda dərin qaz (deep-gas) laylarının məhsuldarlığını müəyyənləşdirmək üçün qiymətləndirmə quyusunun qazılmasını, demək olar ki, yekunlaşdırıb.

“Report” xəbər verir ki, bunu BP şirkətinin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlər açıqlamasında deyib.

Onun sözlərinə görə, əldə olunan məlumatların yayın sonuna qədər ictimaiyyətə açıqlanacağı gözlənilir.

“Süxurların xassəsindən, oradakı texnoloji imkanlardan asılı olaraq əldə olunan məlumatların təhlili, müqayisə olunması, həmkarlarlarla müzakirə olunması kimi məqamlar mövcuddur. Bütün bunlar müəyyən qədər vaxt alan məsələdir. Güman edirəm ki, orada əsas işlər yekunlaşıb”,- deyə B. Aslanbəyl bildirib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi