​BP Azərbaycanda ixtisarlara hazırlaşır

​BP Azərbaycanda ixtisarlara hazırlaşır BP şirkəti neftin ucuzlaşması səbəbindən ABŞ, Böyük Britaniya, Azərbaycan və Almaniyadakı işçilərinin sayını azaltmağı planlaşdırır
Energetika
11 Dekabr , 2014 11:06
​BP Azərbaycanda ixtisarlara hazırlaşır

Bakı. 11 dekabr. REPORT.AZ/ BP şirkəti ABŞ, Böyük Britaniya, Azərbaycan və Almaniyadakı işçilərinin sayını azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzetinə şirkətin icraçı direktoru Bob Dadli (Bob Dudley) deyib. Onun sözlərinə görə, neftin qiymətinin düşməsi ilə əlaqədar şirkət işçilərin ixtisarına 1 mlrd. ABŞ dolları xərcləməyi planlaşdırır: "Hazırda biz biznes məqsədlərinə daha çox diqqət yetiririk. Amma təhlükəsizlik və məsuliyyət məsələlərinə də az diqqət ayırmırıq. Məqsədimiz BP-ni daha güclü və rəqabətqabiliyyətli etməkdir".

B.Dadlinin fikrincə, neftin qiymətinin ucuzlaşması ABŞ, Böyük Britaniya, Azərbaycan və Almaniyadakı işçilərinin sayına təsir edcək, amma bu, platformalarda çalışanların işdən azad ediləcəyi anlamına gəlməməlidir: "İşçilərin ixrtisar edilməsi platfortmada çalışanların sayına təsir etməyəcək".

Xatırladaq ki, ötən gün dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,73% ucuzlaşaraq 60,94 dollara, "Brent" markalı xam neftin qityməti isə 4,05% ucuzlaşaraq 64,24 dollara düşüb.

Son xəbərlər

Orphus sistemi