Yuxarı

Böyük Britaniya parlamentinin üzvü SOCAR-ın vitse-prezidenti ilə görüşüb

Görüşdə Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı və bu sahədə gələcəkdə görülə biləcək birgə işlər müzakirə edilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Böyük Britaniya parlamentinin üzvü lord David Evans Azərbaycana səfəri çərçivəsində Dövlət Neft Şirkətinin (SOCAR) ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşüb.

Bu barədə "Report"a SOCAR-dan bildirilib. 

Məlumata görə, görüş çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı və bu sahədə gələcəkdə görülə biləcək birgə işlər müzakirə edilib. 

Lord D.Evans Azərbaycanda keçirilən ümumxalq səsverməsini - referendumu izləmək məqsədi ilə müşahidəçi qismində Azərbaycana səfər etdiyini bildirib. O qeyd edib ki, referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir və səsvermə prosesini izləyərkən müşahidə etdikləri onda xoş təəssüratlar yaradıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi