​BOTAŞ və TANAP rəsmiləri görüşüb

​BOTAŞ və TANAP rəsmiləri görüşüb Görüşdə TANAP və başqa layihələrlə bağlı müzakirələr aparılıb
Energetika
12 Yanvar , 2016 16:25
​BOTAŞ və TANAP rəsmiləri görüşüb

Bakı. 12 yanvar. REPORT.AZ/ BOTAŞ şirkətinin keçmiş baş direktoru Mehmet Takiyüddin Bilgiç Trans-Anadolu Boru Kəmərinin (TANAP) baş direktoru Hüseyin Saltuk Düzyolla görüşüb. “Report”un məlumatına görə, görüşdə TANAP və başqa digər layihələrlə bağlı müzakirələr aparılıb.

Görüşdə həmçinin BOTAŞ-ın İdarə Heyətinin sədri və baş direktoru Mehmet Konuk, Bakı-Tbilisi-Ceyhan layihəsinin direktoru, BP və TANAP-ın təmsilçisi olan Osman Zühtü Göksel və başqa şəxslər iştirak ediblər.

TANAP-ın Türkiyənin təbii qaz sektorunda taleyini dəyişdirəcək bir layihə olduğunu söyləyən M.T.Bilgiç deyib ki, bu layihə ilə enerji sektorunda bütün məsələlərə yenidən baxılacağına şübhə etmir: “Köhnə dostlarımın və keçmiş iş yoldaşlarımın bu layihənin icrasında və davamlılığında çox əhəmiyyətli vəzifələr alması məni məmnun edir. TANAP-ın büdcəsi daxilində və öz vaxtında təhvil veriləcəyinə inanıram”.

Son xəbərlər

Orphus sistemi