Yuxarı

​"BOTAŞ" TANAP üçün 2 mlrd. dollar kredit cəlb etmək istəyir

Şirkət Dünya Bankı və Avropa İnvestisiya Bankı ilə danışıqlar aparır

Bakı. 12 noyabr. REPORT.AZ/ Türkiyənin "BOTAŞ" şirkəti Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası layihəsinin maliyyələşdirilməsinə kreditin cəlb edilməsi üçün Dünya Bankı və Avropa İnvestisiya Bankı ilə danışıqlar aparır. "Report" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, şirkət bu layihə üçün 2 mlrd. dollar məbləğində kredit cəlb etmək niyyətindədir. İddiaya görə, şirkət hər qurumdan 1 mlrd. dollar məbləğində kredit cəlb etmək üçün danışıqlar aparır. Artıq kreditorlar TANAP layihəsini qiymətləndirməyə başlayıb.

Kreditlərin dövlət zəmanəti ilə alınacağı bildirilir. Şirkətdən bununla bağlı hər hansı məlumat verilməyib. Avropa İnvestisiya Bankından isə -"BOTAŞ"la uzunmüddətli kredit üçün danışıqlar aparıldığı qeyd edilib.

Qeyd edək ki, TANAP layihəsində "BOTAŞ"-ın 30% payı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi