Bolqarıstanlı nazir: "IGB gələn həftənin sonuna istismara verilməsi üçün icazə alacaq"

Energetika
  • 14 sentyabr, 2022
  • 07:59
Bolqarıstanlı nazir: IGB gələn həftənin sonuna istismara verilməsi üçün icazə alacaq

Gələn həftənin sonuna Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) tikintisi yekunlaşmalı və istismara verilməsi üçün icazənin verilməsi planlaşdırılır.

“Report”un Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu ölkənin regional inkişaf və ictimai işlər üzrə naziri vəzifəsini müvəqqəti icra edən İvan Şişkov Yunanıstan-Bolqarıstan İnterkonnektorunu yoxlamaq planının ilk dayanacağı olan Stara Zagora Qaz Ölçmə Stansiyasında yeni yoxlamalar zamanı bildirib.

Onun sözlərinə görə, həmçinin tikinti işləri ilə bağlı bütün sənədlər toplanmalıdır: “Hazırda mənim narahatlığım yoxdur, lakin biz təxminən bir ay əvvəl müəyyən edilmiş tempi davam etdirməliyik".

O bildirib ki, Bolqarıstan layihəni vaxtında başa çatdırmaq üçün əlindən gələni edir: “Sahələr tamamlanmaq üzrədir və obyektin kommersiya istismarı üçün nəzərdə tutulan müddətə əməl olunacaq”.

Qeyd edək ki, boru kəməri açıqdır və Azərbaycan qazının Komotinidən Stara Zaqora tutumu 3 milyard kubmetr olan 183 kilometrlik marşrutla nəql ediləcəyi gözlənilir. İyunun ortalarından etibarən borular sınaq miqdarda təbii qazla doldurulur.

Bazar günü Bolqarıstanın Baş naziri vəzifəsini icra edən Qalab Donev təsdiqləyib ki, interkonnektora işin tamamlanmasını təsdiq edən “Akt 15” sertifikatı veriləcək.

Xatırladaq ki, bazar ertəsindən etibarən Yunanıstan-Bolqarıstan interkonnektorunun 72 saatlıq müfəttişliyi aparılır. Bunu İGB kəmərinin layihələndirən və istismar edən ICGB şirkətin Bolqarıstan tərəfinin icraçı direktoru Teodora Georgieva bildirib.

Onun sözlərinə görə, hələ iyun ayında kəmər 3,6 milyon kubmetr qazla doldurulub: “İndi biz əlavə qaz almışıq və bu məbləği 5 milyon kubmetrə qədər artıracağıq ki, bu da kəmərdə təzyiqi artıracaq.

T. Georgiyeva əlavə edib ki, bu nümunələr tikinti nəzarəti müfəttişliyinə və regional nazirliyə təqdim edilməlidir: “Sınaqlar qazın hər iki istiqamətdə - Yunanıstandan Bolqarıstana daha çox, Bolqarıstandan isə Yunanıstana daha az həcmdə nəql ediləcək”.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.