Bolqarıstanın baş naziri TANAP-ın rəsmi açılış mərasimində iştirak edəcək

Bolqarıstanın baş naziri TANAP-ın rəsmi açılış mərasimində iştirak edəcək Türkiyənin baş naziri onu açılışa dəvət edib
Energetika
2 İyun , 2018 11:21
Bolqarıstanın baş naziri TANAP-ın rəsmi açılış mərasimində iştirak edəcək
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım Bolqarıstandan olan həmkarı Boyko Borisovu Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) rəsmi açılış mərasiminə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb. 

Məlumata görə, iki ölkənin baş nazirləri arasında telefon danışığı olub və Bolqarıstan tərəfi açılışda iştirak etməyə dəvət olunub. B.Borisov dəvəti qəbul edib. 

Xatırladaq ki, TANAP-ın açılışı iyunun 12-də Əskişəhərdə olacaq. 

Son xəbərlər

Orphus sistemi