Bolqarıstan və Serbiya iki ölkə arasında interkonnektorun inşası ilə əlaqədar bəyannamə imzalayıb

Bolqarıstan və Serbiya iki ölkə arasında interkonnektorun inşası ilə əlaqədar bəyannamə imzalayıb AK-nın vitse-prezidenti interkonnektorların TAP-la daşınan Azərbaycan qazının Şimali Avropaya çatdırılması üçün əhəmiyyətli olduğunu deyib
Energetika
29 Sentyabr , 2017 10:30
Bolqarıstan və Serbiya iki ölkə arasında interkonnektorun inşası ilə əlaqədar bəyannamə imzalayıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bolqarıstan və Serbiya iki ölkə arasında interkonnektorun (IGB) inşası ilə əlaqədar bəyannamə imzalayıb. 

“Report” xəbər verir ki, bununla bağlı açıqlamanı ilk dəfə bir gün öncə Buxarestdə (Rumıniya) keçirilən sammitində Avropa Komissiyasının (AK) enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç verib. 

“Sabah biz yüksək səviyyəli insanların iştirakı ilə əhəmiyyətli tədbirə qatılacağıq. Bolqarıstan və Serbiya interkonnektorun tikintisi ilə əlaqədar bəyannamə imzalayacaq”, - deyə o, bildirib. 

M.Şefçoviç bu sənədə qol çəkəcəyinə görə, Bolqarıstan rəhbərliyinə təşəkkür edib və deyib ki, interkonnektorun inkişaf planı çərçivəsində Bolqarıstan və Yunanıstan arasında da imzalanma mərasiminin keçiriləcək. Onun sözlərinə görə, Cənubi Avropa ölkələri üçün əhəmiyyətli olan interkonnektorlar Trans Adriatik Boru Kəməri (TAP) ilə nəql edilən Azərbaycan qazının Avropanın şimalına daşınması üçün çox vacibdir. 

Qeyd edək ki, IGB interkonnektorunun çəkilişinə 2018-ci ildə başlanılacaq. 

Son xəbərlər

Orphus sistemi