Yuxarı

​Bolqarıstan prezidenti: "TAP işə düşəndən sonra Albaniya ilə əməkdaşlıq daha da genişlənəcək"

Rosen Plevneliyev: 2018-ci ildə TAP kəməri ilə bu əməkdaşlığın gerçəkləşəcəyindən məmnunuq

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bolqarıstan Albaniya, Kosova, Monteneqro və Serbiya ilə enerji şəbəkəsinin yaradılmasında maraqlıdır. "Report" xəbər verir ki, bunu Bolqarıstan prezidenti Rosen Plevneliyev albaniyalı həmkarı Buyar Nişani (Bujar Nishani) ilə keçirdiyi mətbuat konfransında deyib.

R.Plevneliyevin sözlərinə görə, Trans-Adriatik boru kəməri (TAP) işə düşdükdən sonra Albaniya ilə əməkdaşlıq daha da genişlənəcək. 

"Biz Albaniya ilə qaz sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq və 2018-ci ildə Trans-Adriatik boru kəməri vasitəsi ilə bu əməkdaşlığın gerçəkləşəcəyindən məmnunuq", - deyə Bolqarıstan prezident əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi