BNA beynəlxalq videokonfransda iştirak edib

BNA beynəlxalq videokonfransda iştirak edib Aprelin 21-də İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Avrasiya ofisi üzv qurumların videokonfrans formatında görüşünü təşkil edib.
Energetika
110
22 Aprel , 2020 12:45
BNA beynəlxalq videokonfransda iştirak edib

Aprelin 21-də İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) Avrasiya ofisi üzv qurumların videokonfrans formatında görüşünü təşkil edib. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

“COVID-19 pandemiyası dövründə ictimai nəqliyyatın fəaliyyətinin təmin edilməsində texnologiyaların tətbiqi” mövzusuna həsr olunan görüşə MosTransProyekt Tədqiqat İnstitutu, Paris Nəqliyyat Təşkilatı, Bakı Nəqliyyat Agentliyi, Moskva və Peterburq Metropolitenlərinin və digər şirkətlərin məsul şəxsləri qatılıblar. İştirakçılar pandemiyaya qarşı mübarizədə həyata keçirdikləri fəaliyyətlər və tətbiq edilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Görüşü regiondan 140-dan çox iştirakçı da izləyib.

BNA-nın aparat rəhbəri Gülşən Rzayeva təqdimatla çıxış edərək ölkəmizdə pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlər, dövlətin sosial-iqtisadi dəstəyi və ictimai nəqliyyatın təşkilində təmsil etdiyi qurumun gördüyü işlər, ekspress marşrut xətlərinin təşkili, ictimai nəqliyyatda və nəqliyyat infrastrukturunda aparılan dezinfeksiya işləri, geniş maarifləndirmə kampaniyası barədə məlumat verib. Həmçinin, mərkəzləşdirilmiş dispetçer xidmətinin fəaliyyəti, onun hazırkı vəziyyətdə sərnişin axınının izlənməsi və sıxlıqların qarşısının alınması üçün müvafiq tədbirlərin icrası, ictimai nəqliyyatın intellektual idarəedilməsində əhəmiyyəti vurğulanıb.

Daha sonra Agentliyin həyata keçirdiyi “Hava keyfiyyətinin indeksi” layihəsi haqda məlumat verilib. Bildirilib ki, paytaxtımızda Koronavirus səbəbiylə tətbiq edilən karantin rejimi dövründə nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir. Layihə çərçivəsində paytaxtın müxtəlif ərazilərində quraşdırılan sensorlar vasitəsilə qeydə alınan rəqəmlərə əsasən havada olan sərt hissəciklərdə 50 faiz azalma müşahidə edilir. Bu proqramın həmçinin, BNA tərəfindən həyata keçiriləcək bir sıra layihələrin səmərəliliyinin ölçülməsində istifadə olunması nəzərdə tutulur.

BNA 2018-ci ildən UITP-nin üzvüdür, UITP-nin Avrasiya üzrə İcraiyyə Komitəsində təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi