Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb

Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq
Energetika
14 Fevral , 2017 09:29
Binəqədi rayonunun qaz təchizatında məhdudiyyətlər yaranıb

Bakı. 14 fevral. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu ərazisində texniki baxış işləri aparılan zaman aşkar olunmuş qaz sızmalarının ləğvi, istismarı dayandırılmış qaz xətlərinin qaz təchizatı şəbəkəsindən ayrılması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində və avadanlıqlarda nəzərdə tutulmuş təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 09:00-dan rayonun Sulutəpə, Çiçək yaşayış ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranıb.

"Report"a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, fasilə saat  17:00-dək davam edəcək.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Son xəbərlər

Orphus sistemi