“Bibiheybətneft” NQÇİ-də gündəlik hasilat artırılacaq

“Bibiheybətneft” NQÇİ-də gündəlik hasilat artırılacaq "Bibiheybət” yatağında 8 mln. ton neft ehtiyatı mövcuddur
Energetika
13 Mart , 2017 16:37
“Bibiheybətneft” NQÇİ-də gündəlik hasilat artırılacaq
socar.az

Bakı.13 mart.REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində 2016-cı ilin yekunları və 2017-ci ildə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov NQÇİ üzrə hasilatın artırılması, eləcə də ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, İdarənin ötən ilki göstəricilərini müsbət qiymətləndirib.

O bildirib ki, neftin, qazın maya dəyəri aşağı salınıb, ikinci lülə kəsilişi ilə quyuların qazılması, müasir texnologiya və SAP-ın müvafiq modullarının tətbiqi genişləndirilib. Qeyd olunub ki, 2016-cı ildə NQÇİ üzrə təqribən 118 min ton neft, 17,1 mln. kubmetr qaz hasil edilib, proqnoza müvafiq olaraq 104,4 və 127,3% əməl olunub. Müşavirədə vurğulanıb ki, hazırki qiymətləndirmələrə əsasən, “Bibiheybət” yatağında 8 mln. ton neft ehtiyatı mövcuddur. Qalıq ehtiyatın yüksək hasilat göstəricisinə malik olduğu nəzərə alınaraq, daha dərin laylarda yeni tədqiqat-kəşfiyyat quyusunun qazılması qərara alınıb. Bu il 4 quyunun yan lülə kəsilişi ilə qazılması, fəaliyyətsiz fondda olan 8 quyunun istismara qaytarılması, eləcə də mərkəzi neftyığma məntəqəsinin yenidən qurularaq istismara verilməsi, 10 obyektdə əsaslı təmir işlərinin həyata keçirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün 2 hektar ərazidə torpaqların təmizlənməsi nəzərdə tutulur. Gündəlik hasilatın artırılması üçün tədbirlər planı işlənib hazırlanması, neftçilərin təhlükəsizliyinin tam təmin olunması, avadanlıqlara vaxt aşırı qulluq göstərilməsinin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi