“Bibiheybət” yatağından indiyədək 193 mln. tona yaxın neft hasil edilib

“Bibiheybət” yatağından indiyədək 193 mln. tona yaxın neft hasil edilib Bakı. 11 yanvar. REPORT.AZ/ İşlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Bibiheybət” yatağından 192 702,8 min ton neft, 14 419,746 mln. kubmetr qaz hasil olunub.
Energetika
11 Yanvar , 2018 12:41
“Bibiheybət” yatağından indiyədək 193 mln. tona yaxın neft hasil edilib
Report/ Orkhan Azim

Bakı. 11 yanvar. REPORT.AZ/ İşlənmənin əvvəlindən bu il yanvarın 1-dək “Bibiheybət” yatağından 192 702,8 min ton neft, 14 419,746 mln. kubmetr qaz hasil olunub.

“Report” “İki sahil” qəzetinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” Neft-Qazçıxarma İdarəsinin rəisi Fəxri Haqverdiyev bildirib: “2018-ci il yanvar ayının 1-nə olan məlumata görə, “Bibiheybət” yatağında 3 827 quyu (3 582 istismar, 245 kəşfiyyat quyusu) qazılıb. İstismar fondu 583 quyu təşkil edir ki, bunlardan da 572-si fəaliyyətdə, 11-i isə fəaliyyətsiz fonddadır. Gündəlik neft hasilatı 331,3 ton, qaz hasilatı isə 49,3 min kubmetrdir”.

F.Haqverdiyev qeyd edib ki, 2017-ci ilin dekabr ayı ərzində “Bibiheybətneft” NQÇİ üzrə neft hasilatı planı 9 605 ton olduğu halda, 10 270 ton neft hasil olunaraq, plan 6,9% çox yerinə yetirilib. “Qaz hasilatı planı isə 1 140 min kubmetr olduğu halda, 1 527 min kubmetr qaz hasil olunub, plan 33,9% artıq yerinə yetirilib. 2017-ci il ərzində isə neft hasilatı planı 113 min ton olduğu halda, 120 206 ton neft hasil olunub. Əlavə olaraq 7 206 ton hasil olunaraq, plandan 6,4% çox yerinə yetrilib. Qaz hasilatı planı isə 13 400 min kubmetr olduğu halda, 17 039 min kubmetr qaz hasil olunub. Əlavə olaraq 3639 min kubmetr qaz hasil olunaraq, plan 127,2 faiz yerinə yetirilib”,- idarə rəisi deyib.

Qeyd edək ki, yatağın quru sahəsinin işlənməsinə 1873-cü ildən, dəniz sahəsinin işlənməsinə isə 1938-ci ildən başlanılıb. 1947-ci ildən yataqda suvurma prosesinə başlanıb.

Son xəbərlər

Orphus sistemi