Bəhreyn Azərbaycandan aviasiya yanacağı alışını bərpa edib
- 21 iyun, 2022
- 11:12
2022-ci ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 20,279 milyon ABŞ dolları dəyərində 24 min 421 ton aviasiya yanacağı göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,2 dəfə, kəmiyyət olaraq – 85 % çoxdur.
Hesabat dövründə Lüksemburqa 7,762 milyon ABŞ dolları dəyərində 10 min 989 ton, Türkiyəyə 3,338 milyon ABŞ dolları dəyərində 3 min 426 ton, Rusiyaya 2,543 milyon ABŞ dolları dəyərində 2 min 633 ton, Gürcüstana 2,044 milyon ABŞ dolları dəyərində 2 min 599 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 1,208 min ABŞ dolları dəyərində 1 min 238 ton məhsul satıb.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Lüksemburqa ixrac müvafiq olaraq 2,2 dəfə və 26,1 % artıb, Türkiyəyə - 4,3 dəfə və 3,3 dəfə artıb, Rusiyaya – 9,2 dəfə və 7,2 dəfə artıb, Gürcüstana – 4,3 dəfə və 2,6 dəfə artıb, BƏƏ-yə - 27 dəfə və 21 dəfə artıb.
Bir il 1 aylıq fasilənin ardından Bəhreyn Azərbaycandan aviasiya yanacağı alışını bərpa edib. Bu ölkəyə bu il 113,75 min ABŞ dolları dəyərində 103,32 ton məhsul göndərilib.