"Azərbaycanın enerji siyasəti daha çox yaşıl enerji istiqamətindədir, bu isə çox cəlbedicidir".
"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Məhəmməd Əl Mazroyi (Suhail Mohamed Al Mazrouei ) deyib.
"Biz Azərbaycan rəhbərliyinin bu siyasətinə dəstək verməyə hazırıq. Təbii qaza qənaət etnə siyasəti çox gözəldir. Qənaət edilən qazı başqa məqsədlər üçün istifadə etmək olar. Biz də ölkəmizdə bərpa olunan enerji mənbələrdən aldığımız elektrik enerjisinin xüsusi çəkisini 30%-ə, hətta 45%-ə çatdırmaq barədə düşünürük. Onu da deyim ki, biz enerji istehsalının təxminən 20%-ni daxili imkanlar hesabına təmin etməyə çalışacağıq. Bu isə yerli sahibkarlara böyük imkanlar yaradacaq", - deyə o, qeyd edib.