Baş direktor: “STAR-ın rezervuarlarının 90%-i doldurulub”

Baş direktor: “STAR-ın rezervuarlarının 90%-i doldurulub” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə (İzmir, Əliağa bölgəsi) yerləşən STAR neft emalı zavodunun xam neft saxlama rezervuarlarının gücü təxminən 3 mln. barel təşkil edir.
Energetika
29 Aprel , 2020 16:20
Baş direktor: “STAR-ın rezervuarlarının 90%-i doldurulub”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə (İzmir, Əliağa bölgəsi) yerləşən STAR neft emalı zavodunun xam neft saxlama rezervuarlarının gücü təxminən 3 mln. barel təşkil edir.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə STAR zavodunun baş direktoru Mesut İlter bildirib.

O qeyd edib ki, aprel ayı daxil olmaqla rezervuarların doluluq səviyyəsi təxminən 90%-ə çatdırılıb. 

M.İlter xatırladıb ki, hazırda STAR-ın neft saxlama gücünün 1,5 mln. barel artırılması işləri həyata keçirilir.

“Bu işlər tamamlandıqda ümumilikdə zavodun xam neft saxlama gücü 4,5 mln. barelə çatdırılacaq”, - zavodun baş direktoru qeyd edib.

O həmçinin bildirib ki, ümumilikdə Türkiyənin rezervuarlarının xam neft saxlama gücü 30 mln. bareldən çoxdur.

Xatırladaq ki, 2018-ci il oktyabrın 19-da STAR-ın açılış mərasimi keçirilib. Zavodun təməli 2011-ci il oktyabrın 25-də qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Son xəbərlər

Orphus sistemi