Barkindo: "Neft bazarında sabitliyi qorumaq üçün əlavə addımlar atılmalıdır"

Barkindo: "Neft bazarında sabitliyi qorumaq üçün əlavə addımlar atılmalıdır" Səudiyyə Ərəbistanı və Rusiya müzakirələrə başçılıq edir
Energetika
9 Oktyabr , 2017 12:00
Barkindo: Neft bazarında sabitliyi qorumaq üçün əlavə addımlar atılmalıdır
OPEC-in baş katibi Məhəmməd Barkindo / AFP 2017/ PIUS UTOMI EKPEI

Bakı. 9 oktyabr. REPORT.AZ/ Neft bazarında sabitliyin 2018-ci ildə də qorunub saxlanılması üçün hasilatçı ölkələr bir sıra əlavə addımlar atmağa məcbur qala bilər. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı OPEC-in baş katibi Məhəmməd Barkindo Nyu-Delhidə çıxışı zamanı verib.

Hindistanın neft naziri Dhamendra Pradhanla görüşü zamanı M.Barkindo deyib ki, birincisi, neft bazarının yenidən balanlaşdırılması prosesinin başlaması mövzusunda fikir birliyi var. İkincisi, 2018-ci ildə sabitliyi təmin etmək üçün əlavə addımlar atmaq istiqamətində fikir birliyi var. O qeyd edib ki, OPEC-dəki müzakirələrə Səudiyyə Ərəbistanı və Rusiya başçılıq edir.

Son xəbərlər

Orphus sistemi