“Bank bayramı”na görə Azərbaycan neftinin qiyməti sabit qalıb

“Bank bayramı”na görə Azərbaycan neftinin qiyməti sabit qalıb Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 53,85 dollar/barelə bərabərdir
Energetika
29 Avqust , 2017 09:34
“Bank bayramı”na görə Azərbaycan neftinin qiyməti sabit qalıb

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti dəyişməyərək avqustun 28-də də eyni səviyyədə qalıb. “Report” xəbər veri ki, bunun səbəbi ötən gün Böyük Britaniyada “Bank bayramı”nın keçirilməsi ilə bağlıdır.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 53,85 dollar/barelə bərabərdir.

Qeyd edək ki, hər il avqustun sonuncu bazar ertəsi İngiltərə, Şimali İrlandiya və Uelsdə “Bank bayramı” qeyd edilir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi