Bakıda Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək

Bakıda Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək Tədbir "Caspian Oil&Gas-2017" sərgisi ilə eyni platformada təşkil olunacaq
Energetika
3 May , 2017 10:46
Bakıda Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisi keçiriləcək

Bakı. 3 may. REPORT.AZ/ 31 may-3 iyun tarixlərində "Baku Expo Center"də Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan VII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2017”) Sərgisi keçiriləcək.

Tədbirin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətindən “Report”a verilən məlumata görə, “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil&Gas”) sərgisi ilə eyni platformada keçiriləcək.

“Caspian Power” sərgisi Azərbaycan Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Türkiyə və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və s. təqdim olunacaq.

Qeyd edək ki, sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir. 

Son xəbərlər

Orphus sistemi