Bakı. 12 aprel. REPORT.AZ/ Bu ilin payızında Bakı şəhərində Xəzər-Amerika Beynəlxalq "Caspian Energy Forum" keçiriləcək. "Report" xəbər verir ki, bunu tədbirin əsas təşkilatçısı olan "Caspian European Club"un icraçı direktoru Telman Əliyev deyib.
Qeyd edək ki, bu gün Bakıda IV Beynəlxalq "Caspian Energy Forum-2017" işə başlayıb. T.Əliyev bildirib ki, növbəti, V analoji forum Çexiyanın paytaxtı Praqa şəhərində təşkil olunacaq: "Dekabr ayında Praqada V Beynəlxalq "Caspian Energy Forum-2018" keçiriləcək".