Yuxarı
    Bağlamaq

    Bakıda keçirilən beynəlxalq enerji konfransı işini davam etdirir

    Bugünkü toplantı Xəzər regionunda ənənəvi enerji sahələri və alternativ enerji məsələlərinin müzakirəsinə həsr olunub

    Bakı. 30 avqust. REPORT.AZ/ Bu gün Bakıda Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda keçirdiyi I Avrasiya konfransının ikinci günü işə başlayıb. “Report” xəbər verir ki, konfransın ikinci günü Xəzər regionunda ənənəvi enerji sahələri ilə yənaşı alternativ enerji məsələlərinin müzakirəsinə həsr olunub.

    Konfransda Qazaxıstan, Almaniya, Türkiyə, Çin, ABŞ, Cənubi Koreyada olan mütəxəssislərlə yanaşı, yerli ekspertlərin də çıxışı nəzərdə tutulur. Belə ki, günün ikinci yarısı baş tutacaq “Regional enerji təhlükəsizliyi” plenar sessiyasında “BP-Azerbaijan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə nümayəndəsi Orxan Zeynalov çıxış edəcək.

    Həmçinin, Dünya Bankının nümayəndəsi Qovinda Timilsinanın (Govinda Timilsina) enerji səmərəliliyi ilə bağlı çıxış edəcəyi gözlənilir.

    Konfransda 24 ölkədən nümayəndələr iştirak edirlər.

    Qeyd edək ki, “Report” İnformasiya Agentliyi Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransının rəsmi media sponsorlarından biridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi