Bakıda Azərbaycan-İndoneziya enerji forumu başlayıb

Bakıda Azərbaycan-İndoneziya enerji forumu başlayıb Nazir Natiq Əliyev: "Görək, Azərbaycan mütəxəssisləri qarşı tərəfə nə öyrədə bilər"
Energetika
106
1 Fevral , 2016 09:23
Bakıda Azərbaycan-İndoneziya enerji forumu başlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-İndoneziya enerji forumu işə başlayıb. "Report" xəbər verir ki, forumu giriş sözü ilə Azərbaycanın energetika naziri Natiq Əliyev açıb.

N.Əliyevin sözlərinə görə, bu vaxta qədər İndoneziya rəsmiləri ilə 3 dəfə görüş keçirilib: "Forumun keçirilməsinin əsas səbəblərindən biri odur ki, iki ölkənin hansı sahələrdə əməkdaşlıq edə biləcəyi ilə bağlı müzakirələr aparaq. Müzakirə edək və görək, Azərbaycan mütəxəssisləri qarşı tərəfə nə öyrədə bilər".

Nazir əlavə edib ki, Azərbaycan enerji sahəsində və bir çox başqa sahələrdə islahatlar aparır: "Məhz bu işlər nəticəsində neftdən asılılığımız azalacaq".

Son xəbərlər

Orphus sistemi