Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakıda I Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfrans öz işinə başlayıb. "Report" xəbər verir ki, konfransı giriş sözü ilə Azərbaycan Dövlət Neft Şirkətinin (
SOCAR-ın bir çox regional və beynəlxalq layihələri reallaşdırdığını, meşə fondunun qorunmasında, ekoloji çirklənmənin qarşısının alınmasında maraqlı olduğunu deyən S.Qasımov təmsil etdiyi qurumun bu sahədə regionda lider olduğunu deyib.
SOCAR, "Azercell", "AccessBank", BP, EY, SAP, "TeliaSonera", "Təmiz Şəhər" və "Xalq Bank" kimi qurumların qatıldığı konfransda ümumilikdə 300-dən çox iştirakçı qeydiyyatdan keçib.