Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib - YENİLƏNİB

Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Energetika
14 Sentyabr , 2017 11:21
Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib - YENİLƏNİB

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

"Report"un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin təbrik məktubunu isə Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan oxuyub.

Gürcüstanın energetika naziri Elia Eloşvili Baş nazir Giorgi Kvirikaşvilinin təbrik məktubunu oxuyub.

Sonra Yaponiyanın xarici işlər nazirinin müavini Manabu Hori və BP şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış ediblər.

Çıxışlardan sonra BP şirkətinin sifarişi ilə hazırlanmış və Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsini əks etdirən film nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və nümayəndə heyətləri başçılarının iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilən və yenidən tərtib olunmuş Saziş imzalanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi