Bakı Neft Emalı Zavodunun yenidən qurulması çərçivəsində daha bir müqavilə imzalanacaq

Bakı Neft Emalı Zavodunun yenidən qurulması çərçivəsində daha bir müqavilə imzalanacaq Bakı. 24 aprel. REPORT.AZ/ Keçmiş Azərneftyağ zavodunun ərazisindəki illik istehsal gücü 2 mln.ton olan Neftin İlkin Emalı (ELOU-AVT) qurğusunun Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisinə köçürülməsi və burada quraşdırılması ilə bağlı EPC (Mühəndislik, Layihələndirmə, Tikinti) müqaviləsi imzalanacaq.
Energetika
24 Aprel , 2018 16:32
Bakı Neft Emalı Zavodunun yenidən qurulması çərçivəsində daha bir müqavilə imzalanacaq

Bakı. 24 aprel. REPORT.AZ/ "Keçmiş "Azərneftyağ" zavodunun ərazisindəki illik istehsal gücü 2 mln.ton olan Neftin İlkin Emalı (ELOU-AVT) qurğusunun Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisinə köçürülməsi və burada quraşdırılması ilə bağlı EPC (Mühəndislik, Layihələndirmə, Tikinti) müqaviləsi imzalanacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

Onun sözlərinə görə, köçürülmə ilə bağlı tədqiqatların bir hissəsi yekunlaşıb: "Tədqiqatı "SOCAR Foster Wheeler Engineering/Tekfen" şirkətləri aparıb. Qurğunun köçürülməsi və yerləşdirilməsi ilə bağlı baza layihələndirmə işləri aparılmalıdır. Baza layihələndirməsi - FEED işləri ilin sonuna yekunlaşdırılmalıdır. Baza layihələndirmə işlərindən sonra EPC müqaviləsi imzalanacaq. İcra strategiyası yekunlaşmaq üzrədir".

T.Əliyev qeyd edib ki, işlərin 2021-ci ilin əvvəlinə yekunlaşması gözlənilir.

Son xəbərlər

Orphus sistemi