Bakı Neft Emalı Zavodunun modernizasiyası üzrə sonuncu tender gələn il yekunlaşacaq

Bakı Neft Emalı Zavodunun modernizasiyası üzrə sonuncu tender gələn il yekunlaşacaq Hazırda inşa edilən bitum qurğusu isə gələn ilin III rübündə istifadəyə veriləcək
Energetika
28 Noyabr , 2017 13:39
Bakı Neft Emalı Zavodunun modernizasiyası üzrə sonuncu tender gələn il yekunlaşacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Gələn ilin əvvəlində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) yenidənqurma və modernizasiya layihəsi üzrə son EPC (Mühəndislik, Satınalma və Tikinti) müqavilə imzalanacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib: "Zavodun yenidənqurma və modernizasiya layihəsi üzrə işlər qrafikə uyğun olaraq irəliləyir. Hazırda yenidənqurma və yeni qurğular üzrə EPC podratçıların müəyyənləşməsi üçün iki tender davam edir. Tenderin biri bu ilin sonunda, digəri isə gələn ilin əvvəlində yekunlaşacaq".

Maliyyələşmə ilə bağlı isə T.Əliyev qeyd edib ki, Dövlət Neft Fondundan maliyyə cəlb edilir və ehtiyac yarandıqca vəsait təqdim olunur. Layihə üzrə ümumilikdə hansı həcmdə vəsaitin lazım olmasına gəlincə isə o bildirib ki, bu, tenderlər yekunlaşandan sonra məlum olacaq.

T.Əliyev hazırda inşa edilən bitum qurğusunun isə gələn ilin III rübündə istifadəyə veriləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi