Bakı-Ceyhan kəməri ilə 998 min ton tranzit nefti nəql edilib

Bakı-Ceyhan kəməri ilə 998 min ton tranzit nefti nəql edilib Azərbaycanın magistral neft kəmərləri ilə 6,9 mln. ton neft nəql olunub
Energetika
17 Mart , 2017 11:13
Bakı-Ceyhan kəməri ilə 998 min ton tranzit nefti nəql edilib

Bakı. 17 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə ümumilikdə 6 877,5 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5 420,5 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 998,4 min ton tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Son xəbərlər

Orphus sistemi