Yuxarı
    Bağlamaq

    ​Bakı, Ankara və Tbilisi neft və qaz kəmərlərinin təhlükəsizliyini birgə təmin edəcək

    Üç ölkənin nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

    Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstan neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin edilməsi barədə razılıq əldə edib.

    "Report" xəbər verir ki, bu barədə bazar günü Qəbələdə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz məlumat verib.

    "Üç ölkənin nazirləri neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə ediblər və bununla bağlı razılıq əldə olunub", — deyə Yılmaz üç ölkənin müdafiə nazirlərinin Qəbələdə keçirilən görüşündən sonrakı mətbuat konfransında bildirib.

    Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin dördüncü üçtərəfli görüşü nazir Zakir Həsənovun dəvəti ilə Qəbələdə keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi