“Azneft” rəhbərliyi N.Nərimanov adına NQÇİ-də müşavirə keçirib

“Azneft” rəhbərliyi N.Nərimanov adına NQÇİ-də müşavirə keçirib “Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) neft-mədən və sosial-məişət infrastrukturunun inkişafına dair müşavirə keçirilib.
Energetika
30 Noyabr , 2019 11:55
“Azneft” rəhbərliyi N.Nərimanov adına NQÇİ-də müşavirə keçirib

“Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində (NQÇİ) neft-mədən və sosial-məişət infrastrukturunun inkişafına dair müşavirə keçirilib.

“Report”un “Azneft”ə istinadən verdiyi xəbərə görə, tədbirdə Birliyin, eyni zamanda Kompleks Qazma İşləri və “Neftqaztikinti” trestlərinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, “SOCAR-AQŞ” MMC-nin və digər təşkilarların rəhbər şəxsləri iştirak ediblər.

“Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov Birliyin istismar etdiyi yataqlarda neft-qaz hasilatının artırılması, həyata keçirilən təhlükəsizlik tədbirləri, ətraf mühitin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verib. Baş direktor N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Bulla-dəniz” yatağının gələcək perspektivlərindən bəhs edib, yataqda qazılan yeni quyular barədə məlumat verib.

Sonra N.Nərimanov adına NQÇİ-nin rəisi Pərviz Əhmədov idarənin neft-qaz hasilatı üzrə tapşırıqların yerinə yetirilməsi və illik plana dair təqdimatla çıxış edib.

Müşavirədə müxtəlif sahələri əhatə edən təkliflər səsləndirilib, qarşıda duran vəzifələr müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi