"Azneft" İB üzrə fevralda istismara verilən quyulardan 8,1 min ton neft hasil olunub

"Azneft" İB üzrə fevralda istismara verilən quyulardan 8,1 min ton neft hasil olunub Fevralda əsaslı təmirdən sonra 56 quyu istismara daxil edilib
Energetika
10 Mart , 2016 17:02
Azneft İB üzrə fevralda istismara verilən quyulardan 8,1 min ton neft hasil olunub

Bakı. 10 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi üzrə əsaslı təmirdən sonra 56 quyu istismara daxil olub.

Birlikdən "Report"a verilən məlumata görə, ötən ay ərzində istismara daxil edilən quyulardan 8 063 ton neft, o cümlədən fəaliyyətsiz fonddakı quyulardan 1 960 ton neft hasil edilib.

"Azneft" İB quyu fondunun daimi fəaliyyətini təmin etmək üçün fevral ayı ərzində də quyuların təmiri sahəsində qarşıya qoyulmuş planı uğurla yerinə yetirib. Ötən ay ərzində ümumilikdə “Azneft” İstehsalat Birliyi üzrə 1 386 cari təmir və 87 əsaslı təmir işi görülüb", - deyə qurumdan bildirilib.

“Azneft” İB-yə bağlı neft-qaz çıxarma idarələrindən isə “28 May” NQÇİ üzrə 5 quyu təmir olunub, onlardan 2 quyu istismara daxil edilib. Fevral ayında istismara daxil edilən quyulardan 4 272 ton neft hasil edilib.

“Neft Daşları” NQÇİ üzrə 17 quyu əsaslı, 48 quyu cari təmir olunub və əsaslı təmir olunmuş quyulardan 9 quyu istismara daxil edilib. Fevralda istismara daxil edilən quyulardan 1 692 ton neft hasil edilib.

N.Nərimanov adına NQÇİ-də 1 quyu əsaslı təmir olunaraq istismara daxil edilib. Fevralda istismara daxil edilən quyudan 464 ton neft hasil edilib. 

H.Z.Tağıyev adına NQÇİ üzrə 14 quyu əsaslı təmir olunub və onlardan 11 quyu istismara daxil edilib. İstismara daxil edilən quyulardan 672 ton neft hasil olunub.

Ə.C.Əmirov adına NQÇİ üzrə 13 quyu əsaslı təmir olunaraq istismara daxil edilib. Fevral ayı ərzində istismara daxil edilən quyulardan 238 ton neft hasil edilib.

“Abşeronneft” NQÇİ üzrə 17 quyu əsaslı təmir olunub və onlardan 12 quyu istismara daxil edilib. Fevralda istismara daxil edilən quyulardan 536 ton neft çıxarılıb.

“Bibiheybətneft” NQÇİ üzrə 8 quyu əsaslı təmir olunub və onlardan 6 quyu istismara daxil edilib. Fevral ayında istismara daxil edilən quyulardan hasilat 187 ton neft olub.

“Qaz Anbarlarının İstismarı” idarəsi üzrə 4 quyu əsaslı təmir olunub və onlardan 2 quyu istismara daxil edilib.

“Siyəzənneft” NQÇİ-də 6 quyu,“Muradxanlı” İNM üzrə 2 quyu əsaslı təmir olunub və onlardan 1 quyu istismara daxil olunub. Fevral ayı ərzində istismara daxil edilən quyudan 2 ton neft hasil edilib.

Son xəbərlər

Orphus sistemi