“Azneft” də qanvermə aksiyası keçirilib

“Azneft” də qanvermə aksiyası keçirilib İB-nin əksər heyəti bu aksiyada iştirak edib
Energetika
21 Noyabr , 2016 16:33
“Azneft” də qanvermə aksiyası keçirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində qanvermə aksiyası keçirilib. 

Bu barədə "Report"a İB-dən bildirilib. 

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdə fəal iştirak edən “Azneft” İB bir neçə ildir Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın talassemiyalı xəstələr üçün “Talassemiyasız həyat naminə” qanvermə təşəbbüsünə qoşulub.

“Belə ki, səhər saatlarında start götürən kampaniyada iştirak edən "Azneft"in kollektivi qan verərək talassemiyadan əziyyət çəkən uşaqlara yardımlarını göstəriblər. Əvvəlcə həkimlər tərəfindən qanverənin qan təzyiqi ölçülüb, qan qrupu müəyyən edilib və könüllünün aksiyada iştirakını əngəlləyəcək xəstəliyinin olub-olmaması dəqiqləşdirildikdən sonra aksiyada iştirakına icazə verilib. İB-nin əksər heyəti bu aksiyada iştirak edib” - məlumatda bildirilib.

Qeyd edək ki, bu il hazırlanmış qrafikə uyğun olaraq “Azneft”inn bütün idarə və müəssisələrində çalışan əməkdaşların kampaniyada könüllü iştirakı planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi