“Azneft”də ötən ilin ən yaxşıları seçilib

“Azneft”də ötən ilin ən yaxşıları seçilib Bununla əlaqədar mükafatlandırılma mərasimi keçirilib
Energetika
16 Mart , 2017 14:03
“Azneft”də ötən ilin ən yaxşıları seçilib
socar.az

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində ilin ən yaxşılarının mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə "Report" SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, tədbirdə şirkətin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, geologiya və geofizika üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, SOCAR-ın Əsaslı kapital qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərov, kollektivin nümayəndələri iştirak ediblər. 

Mərasimi giriş sözü ilə açan Birliyin baş direktoru Daşqın İskəndərov 2016-cı ilin ən yaxşı işçilərinin həvəsləndirilməsi məqsədilə keçirilmiş müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, onlara gələcək faəliyyətlərində uğurlar arzulamışdır. Bildirilib ki, Birliyin strateji inkişaf və korporativ idarəetmə şöbəsinin rəis müavini Ülviyyə Quluzadənin sədrliyi ilə keçirilən müsabiqə işçi heyətin qiymətləndirilməsi və motivasiyasının artırılması məqsədi daşıyıb. SOCAR-ın vitse-prezidentləri Y.Lətifov və B.Hüseynov çıxış edərək qalibləri təbrik edib, 2017-ci ildə Birliyin kollektivinə daha böyük uğurlar arzulayıblar.

Sonda illik əmək göstəriciləri, nümunəvi nizam-intizamı, işgüzarlığı ilə fərqlənənlərə “İlin ən yaxşı işçisi”, “İlin ən yaxşı müəssisəsi”, “İlin ən yaxşı rəhbər işçisi” və başqa nominasiyalar üzrə hədiyyələr və fəxri diplomlar təqdim olunub. Hasilat dayanıqlılığının təmin edilməsi və artırılmasına, işlərin təhlükəsiz, ekoloji baxımından düzgün həyata keçirildiyinə, əməliyyatların vaxtında və nöqsansız icra edildiyinə görə, “Abşeronneft” NQÇİ “İlin ən yaxşı müəssisəsi” seçilib.

Son xəbərlər

Orphus sistemi