“Azərişıq” Şimal bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırır

“Azərişıq” Şimal bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırır “Azərişıq” ASC elektrik enerjisi təlabatçılarının dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji ilə təmin edilməsi, mövcud şəbəkələrin yenidən qurulması və itkilərin qarşısının alınması istiqamətində işləri davam etdirir.
Energetika
24 İyun , 2021 12:05
“Azərişıq” Şimal bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırır

“Azərişıq” ASC elektrik enerjisi təlabatçılarının dayanıqlı, keyfiyyətli və fasiləsiz enerji ilə təmin edilməsi, mövcud şəbəkələrin yenidən qurulması və itkilərin qarşısının alınması istiqamətində işləri davam etdirir.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Şimal” Regional Elektrik Təchizatı və Satışı İdarəsi ərazisində son illər ərzində 28 ədəd 35 kV-luq yarımstansiya tikilib, 7 ədəd 35/0,4 kV - luq KTM quraşdırılmış və 3 ədəd 35 kV-luq köhnəlmiş yarımstansiya yenidən qurulub. Yeni tikilmiş, yenidənqurma işləri aparılmış bütün yarımstansiyalarda müasir avadanlıqlar quraşdırılıb.

124 km-dən artıq 35 kV-luq yeni hava elektrik veriliş xəttləri çəkilib, 445 ədəd müxtəlif güclü KTM quraşdırılıb, 1534 km ÖİN tipli naqil çəkilib və abonetlərin ünvanlarına 140 min 744 ədəd elektrik hesabat sayğacları quraşdırılıb.

Bu işlərin davamı olaraq hazırda Siyəzən rayonu Dağquşçu kəndində gücü 2,5 MVA olan yarımstansiya tikilir və yarımstansiyanı qidalandırmaq üçün 10,5 km uzunluğunda 35 kV hava elektrik veriliş xətlərinin çəkilişi işləri aparılır. Xaçmaz şəhəri, 21, 25-ci məhəllələrində və İstisu qəsəbəsində, Qusar şəhəri, M. Vəliyev küçəsində Həmzə və Aladaş kəndlərində, Şabran rayonu, Surra kəndində, Quba rayonunun Amsarqışlaq və Vəl-Vələ kəndlərində 10 və 0,4 kV-luq şəbəkələrində yenidənqurma işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi