“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib Bakı. 16 yanvar. REPORT.AZ/ Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq, “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.
Energetika
16 Yanvar , 2019 16:30
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Bakı. 16 yanvar. REPORT.AZ/ Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq, “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.

Bu barədə “Report”a qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayev deyib ki, təmsil etdiyi qurum artıq qabaqlayıcı tədbirlər görüb:

“İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən, məsul şəxslərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib".

“Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində zəruri olan mal-materialların ehtiyatı yaradılıb, maşın-mexanizmlər hazırlığı görülüb. 199 - Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək”, - T.Mustafayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi