Yuxarı
    Bağlamaq

    ​“Azərişıq” ASC regionlarda yeni KTM-lər quraşdırmağa start verib

    Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqların da yeni dəmir boru dayaqlarla əvəzləndiyi açıqlanıb

    Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan “Azərişıq” ASC təhvil-təslim işlərini başa çatmasını gözləmədən regionlarda istehlakçıların elektrik enerjisi ilə təhcizatı vəziyyətini öyrənməyə başlayıb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, cəmiyyətin bazasında texniki təchizat bazası yaradılıb və Azərbaycanın bütün rayon mərkəzlərində qəsəbə və kəndlərdə yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb.

    Yeni güc mərkəzlərinin həm görünüşcə əvvəlkindən fərqləndiyini, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir Komplekt Transformator Məntəqəsi (KTM) olduğunu deyən qurum rəsmiləri bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzləndiyini açıqlayıblar.

    Məlumata görə, ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan qabaq həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçildiyini deyən cəmiyyət rəsmiləri hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri də getdiyini də açıqlayıblar.

    Xatırladaq ki, “Azərişıq” ASC Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamından sonra yaradılıb. “Azərenerji” ASC-dən təhvil-təslim işləri isə sərəncama uyğun olaraq 10 aprel 2015-ci ildə başa çatdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi